Falcongaze SecureTower - yerləşdirmə sürətinə görə dünyada birinci olan DLP sistemi!
Sistemin quraşdırılması və əsas konfiqurasiyası cəmi 10-20 dəqiqə vaxt alır. İdarə olunan kompüterlər haqqında ilk məlumatlar 30 dəqiqə ərzində daxil olmağa başlayır.
DLP Falcongaze SecureTower-ın serverin tutumuna dair tələbləri rəqibləri ilə müqaisədə xeyli aşağıdır.
SecureTower praktiki olaraq idarə olunan kompüterlərin resurslarından istifadə etmir. Həmçinin, SecureTower tətbiqi proseslərdən gizlədilə bilər ki, bu da sistemimizi əməkdaşlar üçün görünməz edir.
SecureTower tətbiq edilərkən bütün infrastrukturlarn xüsusiyyətləri nəzərə alınır – KOM-lardan tutmuş böyük müəssisə və ya holdinqə qədər. DLP istənilən mürəkkəblikdə olan şəbəkələr üçün nəzərdə tutulub, dəmək olar ki, müştərinin aparat və proqram təminatının xüsusiyyətlərindən asılı deyil və şirkətin CRM və SIEM sistemləri ilə inteqrasiya olunur. Filiallar olsa belə, DLP-ni əsas mərkəzdən idarə etmək mümkündür və zəruri hallarda sistemə giriş hüquqlarını ayırmaq imkanı da mövcuddur.
SecureTower istənilən mürəkkəblikdə olan şəbəkələrdə, eləcə də ərazilərə bölünmüş strukturu olan şirkətlərdə effektiv və gizlin işləyir. Bu cür təşkilatlarda sistemin tətbiqi, konfiqurasiyası və idarə edilməsi mərkəzləşdirilmiş şəkildə baş verir - Mərkəzi ofisdən filiallara nəzarət etmək imkanı əməkdaşlar üçün təhlükəsizlik xidməti xərclərini əhəmiyyətli dərəcədə azalda bilər.