Sənaye

Sənaye elmlə ən yaxından əlaqəli olan, informasiyanın son dərəcə qiymətli olduğu və “verilənlər”in sızdırılmasına qarşı özünəməxsus yanaşma tərzinin rəhbər tutulmasını tələb edən sahədir. Bundan başqa, rəqabət məqsədli kəşfiyyat və sənaye casusluğu da öz mənşəyini məhz sənayedən götürür. Bu gün rəqiblərin istehsal etdiyi məhsullara aid informasiyanın ədalətsiz rəqabət yolu ilə əldə edilməsinin müxtəlif metodları və fəndləri işlənib hazırlanmışdır ki, bunlara qarşı durmaq da kifayət qədər çətindir.

Информационная безопасность в промышленностиSənayedə informasiya təhlükəsizliyi. Sənaye şirkətlərində informasiya təhlükəsizliyinin təmini ilə bağlı başlıca problem onların fəaliyyətində insan amilinin böyük rol oynamasıdır. Burada tədqiqatlara və yeniliklərə çox sayda insanın çıxış imkanı olur. Rəqib üçün maraq kəsb edən məhsula aid informasiyaya həm onu işləyib hazırlayan mühəndisin, həm də adi fəhlənin çıxışı ola bilər. Digər tərəfdən, sənaye qurumlarının böyüklüyünü, miqyasını nəzərə alsaq, məlumatlı şəxslərin sayının məhdudlaşdırılmasının bəzi hallarda ümumiyyətlə mümkün olmadığını görərik.

Belə vəziyyətdə informasiyanın sızdırılmasına nəzarəti təmin edən sistemlər, sözün əsl mənasında, yeganə çarə olur. Birinci növbədə, xarici təhlükələrin neytrallaşdırılması üçün nəzərdə tutulan digər proqram təminatlarından fərqli olaraq, "SecureTower" kimi DLP sistemləri informasiyanın insayderlər tərəfindən sızdırılmasına yönəldilmiş məhsuldur.

Hasilat sənayesində məxfi “verilənlər”in sızdırılması xüsusilə ciddi zərər verə bilər, çünki burada dövr edən informasiya o qədər dəyərlidir ki, sızma müəssisənin fəaliyyətini qismən, bəzi hallarda isə hətta bütövlüklə iflic edə bilər. "SecureTower" sistemini seçmiş şirkətlər bu təhlükəni müvəffəqiyyətlə aradan qaldıra bilir.

Sualınıza cavab tapa bilmirsiniz?
Onu peşəkarlara verin!

Bütün suallarınıza məmnuniyyətlə cavab verməyə hazırıq. Sualınızı və ya şərhinizi göndərmək üçün aşağıda verilən formanı doldurun.

Sual ver