Nəqliyyat və logistika

Nəqliyyat və logistika şirkətlərində informasiyanın sızdırılmaya qarşı mühafizəsi, hər şeydən əvvəl, bu sektor üçün xarakterik olan ciddi iqtisadi risklərə görə son dərəcə böyük rol oynayır. Bundan başqa, bir çox ölkənin qanunvericiliyinə görə sərnişin daşıması ilə məşğul olan şirkətlər hərtərəfli müdafiəni təmin etməli, müştərilərə belə müdafiənin zəmanətini verməlidir.

Nəqliyyat və logistika şirkətlərində "SecureTower" sistemindən istifadəni əsas etibarı ilə “verilənlər”in son dərəcə yüksək dəyərə malik olması şərtləndirir. Müştərilərə aid “verilənlər” bazaları, qiymətlər, işçilər haqqında olan və bir çox digər məlumatlar şirkətdən və onun korporativ informasiya şəbəkəsindən kənara çıxmamalıdır.

Digər tərəfdən, bu şirkətlər həm də marşrutlar və daşınan yüklər haqqında böyük həcmli informasiya ilə işləyir. Belə “verilənlər” həm rəqiblərin, həm də cinayətkar qrupların diqqətini cəlb edə bilər. Bütün bu risklər təşkilatın informasiya təhlükəsizliyinin təmin olunmasını zəruri edir. "SecureTower" sistemi bunu təmin edə bilər. Eyni zamanda, şirkətin “verilənlər”i onlardan öz işlərində istifadə edən işçilər üçün daima əlçatan olur.

DLP sistemi məxfi informasiyanın şirkət daxilində bütün yerdəyişmələrini izləməyə, informasiyanın sızdırılmasının qarşısını almağa imkan verir. Sövdələşmələrin icrasının əngəllənməsinə, təchizatın kəsilməsinə, habelə rəqiblərin qərəzli və zərərli fəaliyyətinə yol verməmək üçün "Falkonqeyz" nəqliyyat şirkətlərinə bu tip insidentlərin aşkar edilməsi üçün maksimal dərəcədə geniş funksional imkanlar təklif edir.

Sualınıza cavab tapa bilmirsiniz?
Onu peşəkarlara verin!

Bütün suallarınıza məmnuniyyətlə cavab verməyə hazırıq. Sualınızı və ya şərhinizi göndərmək üçün aşağıda verilən formanı doldurun.

Sual ver