Bank və maliyyə sektoru

Banklarda, kredit təşkilatlarında və digər maliyyə təşkilatlarında informasiya təhlükəsizliyinin təmini bu şirkətlərin rifah səviyyəsinin, əmin-amanlığının və bütövlüyünün mühafizəsi baxımından ən vacib amillərdən biridir. Məxfi informasiyanın həcmini, informasiyanın sızdırılması nəticəsində meydana gələ biləcək maliyyə və imic itkilərini nəzərə aldıqda isə bu sahədə "SecureTower" sisteminə ehtiyacın ən yüksək səviyyədə olduğunu görərik.

информационная безопасность банковBanklar, bank olmayan kredit maliyyə qurumları, birjalar, broker və diler şirkətləri kimi müəssisələrin hamısı həm xarici, həm də daxili təhlükələrə qarşı mühafizə edilməli olan dəyərli və məxfi informasiya ilə işləyir. Heç şübhəsiz, birinci növbədə fərdi məlumatlardan tutmuş kredit tarixçəsinə qədər müştərilərə aid bütün məlumatların saxlandığı verilənlər bazaları mühafizə edilməlidir.

"SecureTower" sistemində sənəd dövriyyəsinin təhlükəsizliyini təmin etmək üçün bir sıra həllər nəzərdə tutulur. Onlar həssas informasiyanın yad əllərə düşməzdən əvvəl aşkar edilməsi məqsədini güdür. Buraya sənədlərin rəqəmsal izlər əsasında aşkarlanması, bank hesabı nömrəsi və ya sosial sığorta nömrəsi kimi standart rəqəmsal ifadələrin tətbiqi, çapa göndərilən və ya kənar daşıyıcılara yüklənən fayllara nəzarət də daxildir.

Banklarda informasiya təhlükəsizliyinin hərtərəfli təmini, xüsusilə də DLP sisteminin qurulması digər məqsədlərlə yanaşı beynəlxalq standartların, tənzimləyici orqanların və hüquqi-normativ aktların tələblərinin yerinə yetirilməsi baxımından da zərurət təşkil edir.

Sualınıza cavab tapa bilmirsiniz?
Onu peşəkarlara verin!

Bütün suallarınıza məmnuniyyətlə cavab verməyə hazırıq. Sualınızı və ya şərhinizi göndərmək üçün aşağıda verilən formanı doldurun.

Sual ver