Elmi-tədqiqat mərkəzləri

Müasir dövrdə elmi-tədqiqat mərkəzləri və konstruktor büroları texnoloji tərəqqinin pionerləri rolunu oynayır. Təbii ki, bu təşkilatların heç biri elmi və texniki sahədə əldə etdiyi nailiyyətlərin dərhal ictimaiyyətə açıq mənbələrə yerləşdirilməsini istəməz. Dövlət təşkilatları öz təhlükəsizliyini dövlətin təhlükəsizlik xidmətlərinə etibar edə bilsə də (bu, heç də həmişə mümkün olmur), bu tip özəl şirkətlərin öz elmi layihələrinin mühafizəsi üçün etibarlı həllərə ehtiyacı olur.

İnnovasiyalar sahəsində gizli layihələr və elmi tədqiqatların mövcudluğu informasiyanın mühafizəsini xüsusilə aktuallaşdırır. Kommersiya sirrinin və nou-haunun mühafizə üsullarından biri mövcud patent sistemləri və əqli mülkiyyətin qorunması haqqında qanunlardır. Bununla belə, praktikada "kağız üzərindəki" müdafiədən başqa sənədlərin dövriyyəsinə nəzarət üçün faktiki texniki imkanlar olmalıdır.

"SecureTower" məxfi informasiyanın təşkilatdan kənara arzuolunmaz sızmasını əngəlləyə biləcək kompleks təhlükəsizlik sisteminin yaradılması üçün tələb olunan bütün vasitələri özündə birləşdirir. Bundan başqa, sistem personal üzvləri arasındakı informasiya mübadiləsinin arxivini yaradır ki, bu da təhlükəsizlik insidentlərinin operativ şəkildə və yüksək səviyyədə araşdırılmasına imkan verir.

Dövlət əhəmiyyətli məxfi informasiyanın mühafizəsində söhbət gedirsə, informasiya təhlükəsizliyi üzrə lazımi iş sadəcə sızdırma hallarına cavab olaraq deyil, daimi əsasda aparılmalıdır. "SecureTower" proqram kompleksi elmi əməkdaşların arzuolunmaz və şübhəli təmaslarını vaxtında aşkarlayaraq verilənlərin təşkilatdan və ölkədən kənara çıxarılmasının qarşısını alır.

Sualınıza cavab tapa bilmirsiniz?
Onu peşəkarlara verin!

Bütün suallarınıza məmnuniyyətlə cavab verməyə hazırıq. Sualınızı və ya şərhinizi göndərmək üçün aşağıda verilən formanı doldurun.

Sual ver