Versiya 6.5

Dəyişikliklərin siyahısı

  • İstifadəçilər serverinin interfeysinin üslubunun dəyişdirilməsi (restilizasiya) və optimallaşdırılması

    • İstifadəçilər serverinin məhsuldarlığı əhəmiyyətli dərəcədə artırılmış, “verilənlər”in çıxarılması və keşin saxlanması üzrə proseslər optimallaşdırılmışdır.
    • Qoşulan domenlərin sayı və adları, istifadəçilərin və kompüterlərin sayı, son yeniləmədən sonra keçən müddət və ən yaxın sinxronlaşmaya qədərki müddət barədə məlumatlandırma məqsədilə "Active Directory" kataloqu ilə inteqrasiyaya dair statistik hesabatın nəzərdən keçirilməsi funksiyası əlavə edilmişdir.

    • Domen kontrollerləri ilə inteqrasiya prosesi dəyişdirilmişdir. Yeni kontrollerin əlavə edilməsi ancaq Administrator hüquqları ilə həyata keçirilə bilər. İnteqrasiya seçimi ancaq ICAP serveri ilə işləmək və şəbəkədən “verilənlər”in ələ keçirilməsi üçün tələb olunur. “Verilənlər”in agentl proqramlar tərəfindən ələ keçirilməsi üçün inteqrasiya seçimi tələb olunmur. İnteqrasiya parametrlərini kökləmək üçün Administrator konsolunda "İstifadəçilər və imtiyazlar" bölməsinin "Active Directory ilə inteqrasiya" tabına keçin.

     

  • "Təhlükəsizlik siyasəti" modulunun tam vizual və daxildən emalı

    • “İnsidentlərin rənglərə görə fərqləndirilməsi” funksiyası əlavə edilmişdir. O, insidentləri qarşıya qoyulan məqsədlərə uyğun olaraq təsnifləşdirməyə imkan verir.
    • “İnsidentlərin statusunun (baxılmışdır/baxılmamışdır) dəfələrlə dəyişdirilməsi” funksiyası əlavə edilmişdir.
    • “Təhlükəsizlik insidentlərinin meydana gəlməsi nəticəsində aktivləşdirilən skriptlərlə işin optimallaşdırılması üçün” adlı parametrlər - ayrı-ayrı atributlar və onların mənası (qiyməti) - əlavə edilmişdir. İstifadəçi skriptlərinə aid atributları ancaq istifadəçilərin özləri işarələyə bilər.
    • "Seçilmiş təhlükəsizlik siyasətləri" funksiyası əlavə edilmişdir.
    • “Təqvim günləri kəsilişində təhlükəsizlik insidentlərinin analizi” funksiyası əlavə edilmişdir. Bu funksiya Təhlükəsizlik siyasətinin pozulması faktlarını müəyyən etməyə və zəruri cavab tədbirlərini görməyə imkan verir.

  • Veb-saytların, tətbiqlərin kateqoriyalara bölünməsi və kateqoriyalar əsasında effektivliyin qiymətləndirilməsi modulları əlavə edilmişdir.

    • Veb-saytların və tətbiqlərin kateqoriyalarının məhsuldarlıq parametrlərini kökləməyə imkan verən kateqoriyalaşdırma modulları əlavə edilmişdir. Proqrama kateqoriyaların hazır bazası inteqrasiya edilmişdir. Digər tərəfdən veb-saytların və tətbiqlərin kateqoriyalarının istifadəçi tərəfindən hazırlanmış bazalarının da əlavə edilməsi mümkündür. Kateqoriyalaşdırma parametrlərini kökləmək üçün Administrator konsolunda "Mərkəzi serverin kateqoriyaları" tabına keçin.

    • Veb-saytların və tətbiqlərin kateqoriyalar əsasında effektivliyin qiymətləndirilməsi modulu əlavə edilmişdir. İstifadəçi "Məhsuldarlıq" tabında istifadəçi qrupları üçün konkret kateqoriyalar üzrə 3 fərqli məhsuldarlıq sinfi təyin edə bilər. Bütün ələ keçirilən məlumatlar “verilənlər” bazasına daxil edilərkən yoxlanılır. Onların indeksləşdirilməsindən sonra isə əməkdaşların işinin effektivliyinin qiymətləndirilməsi üçün hesabatlar tərtib oluna bilər.

  • Fayllarla aparılan əməliyyatların auditi

    Audit prosesində növbəti parametrlərin istifadəsi mümkündür:

    Standart olaraq fayllarla bağlı oxuma, yazma, silmə, adın dəyişdirilməsi, qovluqlar üçün isə silmə və adın dəyişdirilməsi kimi funksiyalar aktiv olur.
    Auditin başladılması üçün İşçi stansiyalarda fayllar üzrə əməliyyatların auditini aparın seçimini aktivləşdirin və Agentin profilləri pəncərəsində Fayllar üzrə əməliyyatların auditi tabında onun parametrlərini kökləyə bilərsiniz.

  • Buferlə və verilənlərin saxlandığı cihazlarla işləyərkən kontentin bloklanması üçün funksiyalar əlavə edilmişdir

    • İnformasiyanın məzmununa və mübadilə buferinə yazmanın, eləcə də mübadilə buferindən informasiyanın daxil edilməsinin digər atributlarına əsasən bloklama funksiyası əlavə edilmişdir. Bloklama parametrlərini kökləmək üçün Administrator konsolunda agentin profilini müvafiq qaydada redaktə edin:
      1. "Verilənlər”in bloklanması" tabına keçin.
      2. "'Əlavə et" düyməsinə basmaqla açılan menyudan "Mübadilə buferinin bloklanmasının qaydaları" komandasını seçin.
      3. Lazımi kökləmələri aparın.

    • Ötürülən informasiyanın məzmununa və digər atributlara görə faylların xarici toplayıcılara (daşıyıcılara) yazılmasının bloklanması funksiyası əlavə edilmişdir. Bloklama parametrlərini kökləmək üçün Administrator konsolunda agentin profilini müvafiq qaydada redaktə edin:
      1. "Verilənlər”in bloklanması" tabına keçin.
      2. "'Əlavə et" düyməsinə basmaqla açılan menyudan "Xarici toplayıcıların bloklanmasının qaydaları" komandasını seçin.
      3. Lazımi kökləmələri aparın.

  • Geniş yayılmış proqramlarda (“Zoom”, “Telegram”, “Microsoft Teams”) aparılan söhbətlərin ələ keçirilməsi funksiyası əlavə edilmişdir.

    • "”Zoom" proqramında aparılan söhbətlərin ələ keçirilməsi” funksiyası əlavə edilmişdir. Ələ keçirmə funksiyasını aktivləşdirmək üçün Administrator konsolunda agentin profilini mevafiq qaydada redaktə edin:

           1. "Ani məlumat mübadiləsi proqramlarında ələ keçirmə" tabına keçin.

           2. "Veb kommunikasiyaları" protokolunun genişləndirilmiş köklənmə səhifəsini açın.

           3. ""Zoom" proqramında ələ keçirmə" seçimini aktivləşdirin.

           4. Lazımi kökləmələri aparın.

    • "Telegram" ani məlumat mübadiləsi proqramında aparılan səsli söhbətlərin ələ keçirilməsi funksiyası əlavə edilmişdir. Ələ keçirmə funksiyasını aktivləşdirmək üçün Administrator konsolunda agentin profilini müvafiq qaydada redaktə edin:

              1. "Ani məlumat mübadiləsi proqramlarında ələ keçirmə" tabına keçin.

              2. "Veb kommunikasiyaları" protokolunun genişləndirilmiş köklənmə səhifəsini açın.

              3. ""Teleqram" proqramında ələ keçirmə" seçimini aktivləşdirin.

              4. Kökləmələri aparın (bu zaman ""Teleqram" dakı zənglərin ələ keçirilməsi" seçiminin aktivləşdiyindən əmin olun).

    • "Microsoft Teams" ani məlumat mübadiləsi proqramında göndərilən səsli mesajların ələ keçirilməsi funksiyası əlavə edilmişdir. Ələ keçirmə funksiyasını aktivləşdirmək üçün Administrator konsolunda agentin profilini müvafiq qaydada redaktə edin:

              1. "Şəbəkə trafikinə nəzarət" tabına keçin.

              2. "Veb kommunikasiyaları" protokolunun genişləndirilmiş köklənmə səhifəsini açın.

              3. "Vebdəki ani məlumat mübadiləsi proqramları" tabına keçin.

              4. ""Microsoft Teams" proqramında ələ keçirmə" seçimini aktivləşdirin.

  • Sosial şəbəkələrdəki yazışmalara nəzarət təkmilləşdirilmişdir. Dəstəklənən şəbəkələrə yeniləri əlavə edilmişdir (“CMS Bitrix24”, “LinkedIn”, “Instagram”)

    • Dəstəklənən sosial şəbəkələrin siyahısı genişlənmişdir. “LinkedIn”, “Instagram”, “Bitrix24” proqramlarındakı söhbətlərin ələ keçirilməsini aktivləşdirmək üçün Administrator konsolunda agentin profilini müvafiq qaydada redaktə edin:

              1. "Şəbəkə trafikinə nəzarət" tabına keçin.

              2. "Veb kommunikasiyaları" protokolunun genişləndirilmiş köklənmə səhifəsini açın.

              3. "Sosial şəbəkələr" tabında müvafiq seçimləri aktivləşdirin:

             - Yazışmalara və postlara nəzarət üçün “Linkedln”i ələ keçir;

             - Yazışmalara nəzarət üçün “Instagram”ı ələ keçir;

             - Yazışmalara, elektron poçta və fayllara nəzarət üçün “Bitrix24”ü ələ keçir.

  • SIEM-ə ineqrasiya təkmilləşdirilmişdir (Syslog protokolunun dəstəklənməsi əlavə edilmişdir)

    • İnsidentlər barəsində bildirişlərin Syslog protokolu üzrə göndərilməsi funksiyası əlavə edilmişdir. Bildirişi yaratmaq üçün təhlükəsizlik qaydalarını redaktə edin:

          1. "Skriptlərin köklənməsi" tabına keçin.
          2. "'Əlavə et" düyməsinə basmaqla açılan menyudan "Syslog ilə inteqrasiya" komandasını seçin.
          3. Lazımi kökləmələri aparın.

  • Hesabat yaradan konstruktorlar və yeni hesabat növləri (tətbiqlərin işləməsinə, saytların ziyarət edilməsinə dair hesabatlar; iş vaxtının uçot tabeli) əlavə edilmişdir

    • Hesabatların yaradılması prosesini sadələşdirən, istifadəçilərin kökləyə biləcəyi hesabat konstruktoru əlavə edilmişdir. Konstruktorla işləmək üçün İstifadəçi konsolunun "Hesabatlar" modulunun idarəetmə panelində "Hesabat konstruktoru" düyməsinə basın və ya siçanın sağ düyməsinə basdıqda açılan kontekst menyusunun istifadəçi hesabatları qrupundan eyni adlı komandanı seçin.

    • Əməkdaşlar tərəfindən tətbiqlərin istifadəsini göstərən və ancaq aktiv tətbiqlərlə görülmüş işlərin müddətini nəzərə alan kompleks hesabat əlavə edilmişdir.

    • Saytlarda istifadə edilən iş vaxtını göstərən və ancaq brauzerin aktiv tabında görülmüş işlərin müddətini nəzərə alan kompleks hesabat əlavə edilmişdir.

    • Əməkdaşlar tərəfindən iş vaxtının istifadəsini göstərən, ancaq işə gəliş və işdən gediş vaxtını, aktiv iş aparılan müddəti, eləcə də əməkdaşların iş yerində olduğu müddəti nəzərə alan kompleks hesabat əlavə edilmişdir.

  • Sistemin istifadəçiləri ilə əks-əlaqə mexanizmi əlavə edilmişdir.

    • İstifadəçi və administrator konsollarına xəta haqqında bildirişin və proqramın yaxşılaşdırılmasına dair təkliflərin göndərilməsi funksiyası əlavə edilmişdir. Müvafiq formanı çağırmaq üçün “Əsas menyu –> Rəy bildir” sxemi üzrə hərəkət edin və ya proqramın pəncərəsinin başlığındakı piktoqramın  üzərində siçanın düyməsinə basın.

  • Müştəri konsolunun interfeysinin üslubunun dəyişdirilməsi (restilizasiya) və optimallaşdırılması

     

    • Audio/videomonitorinq prosesində istifadəçilərin qruplaşdırılması funksiyası əlavə edilmişdir.
    • Axtarış nəticələrinin siyahısı yenidən işlənmiş, axtarış sürəti əhəmiyyətli dərəcədə artırılmışdır.
    • Paket əməliyyatların icrası üçün axtarış nəticələrinin siyahısından çox sayda elementin seçilməsi funksiyası əlavə edilmişdir.
    • "İstifadəçilərin aktivliyi" modulu yenidən işlənmiş, modulun işinin sürəti əhəmiyyətli dərəcədə artırılmışdır.

    • "İstifadəçilərin aktivliyi" modulunda iş vaxtının qrafikinin göstərilməsi funksiyası əlavə edilmişdir.
    • İstifadəçilərin kommunikasiyasının qrafikinin qurulması. Bu zaman kommunikasiya münasibətlərini göstərən cədvəl "bir neçə xana bir neçə xana ilə" (bir cədvəlin bir neçə xanasının digər cədvəlin bir neçə xanası ilə əlaqəli olması. - tərcüməçi) sxemi əsasında qurula bilər.

    • Çox sayda kiçik, ancaq mühüm yaxşılaşdırmalar.