Tikinti materiallarının topdan satışı ilə məşğul olan bir şirkət "Falkonqeyz"in müştərisi idi və onun informasiya təhlükəsizliyini "SecureTower" DLP sistemi təmin edirdi.
Bir müddət sonra "SecureTower" əmək münasibətlərinin gərginləşdiyi bir rəhbər kadrın mütəmadi olaraq işə gecikdiyini, iş vaxtını şəxsi işlərinin həllinə sərf etdiyini, yuxarı rəhbərliyin üzvləri və ümumilikdə şirkət haqqında xoşagəlməz sözlər işlətdiyini müəyyən etdi.
Həmin rəhbər şəxsə intizam tənbehi verilməsi və onun mükafatdan məhrum edilməsi barədə qərar qəbul edildi. O, həmin tədbirləri çox pis qarşılasa da, iş reqlamentinin pozulması halları aradan qalxdı. Bununla belə, DLP sistemi bir həftə sonra təhlükəsizlik qaydalarının pozulması halını qeydə aldı - həmin əməkdaş həmkarı ilə çat proqramında söhbət edərkən şirkəti problemlər yaratmaqla hədələyir, onlara nə qədər yüksək ixtisaslı kadr olduğunu göstərəcəyini bildirirdi. Təhlükəsizlik xidməti əməkdaşı mümkün insidentlərin qarşısını almaq üçün bu əməkdaşın korporativ informasiya ehtiva edən faylları ötürmək imkanını blokladı. Növbəti gün əməkdaş şirkətin əsas müştərilərinin siyahısındakı məlumatları öz kompüterinə yüklədi. Sonra o, həmin məlumatları öz fləş-kartına yükləməyə çalışdı. "SecureTower" faylların ötürülməsini blokladı və insident barədə məlumatı lazımi ünvana ötürdü. Bu insidentdən sonra həmin rəhbər şəxs işdən azad edildi.
İnsidentin həllində istifadə olunmuş modullar: