Planlaşdırılan promo-aksiyalar və endirimlər (güzəştlər) haqqında informasiyanın sızdırılması

"SecureTower" DLP sistemindən istifadə edən bir şirkət kommersiya şöbəsinin rəhbər işçilərindən birinin bir kənar tərəflə inkişaf strategiyası ilə bağlı yazışma apardığını aşkar etmişdi. Təhlükəsizlik xidməti həmin əməkdaşın daha yaxından müşahidə olunması barədə qərar qəbul etdi.

Bir müddət sonra sistem əməkdaşın tez-tez kənar tərəfə daxili korporativ məlumatları ötürdüyünü qeydə aldı. Ancaq həmin məlumatlar öz-özlüyündə xüsusi dəyər daşımadığı üçün təhlükəsizlik xidməti müşahidəni davam etdirmək qərarına gəldi və əlavə tədbir olaraq "SecureTower" sistemi vasitəsilə məxfi məlumatların ötürülməsinə qadağa tətbiq etdi. Şübhəli rəhbər əməkdaşın bu istiqamətdə son addımı növbəti promo-aksiya haqqında sənədi göndərməyə cəhd etməsi oldu. Sistem o sənədin göndərilməsini blokladı və təhlükəsizlik xidmətinə xəbərdarlıq bildirişi göndərdi. Şirkətin fəaliyyəti rəqabətlə xarakterizə olunan mühitdə davam etdiyinə görə belə informasiyanın ötürülməsi onun üçün ciddi təhlükə törədə bilərdi. Bu cəhd həmin rəhbər şəxsin insayder olduğunu bariz şəkildə təsdiq etdi.

Əməkdaş işdən azad edildi, insayder fəaliyyəti üzrə iş isə baxılması üçün məhkəməyə verildi.

 

İnsidentin həllində istifadə olunmuş modullar:

E-poçt
Ani məlumat mübadiləsi proqramları

"SecureTower" DLP sistemi ilə yaxından tanış olun 

Heç bir məhdudiyyət olmadan sınaqdan keçirərək yoxlamaq üçün "SecureTower"

DLP sistemindən 30 gün ərzində pulsuz istifadə edin.