Satışların artırılması üzrə illik planların sistematik olaraq yerinə yetirilmədiyi bir şirkət "Falkonqeyz"ə müraciət etmişdir.
Şirkətin özünün apardığı daxili təhqiqatdan sonra bunun səbəblərini müəyyən etmək mümkün olmamışdır. Belə ki, bütün regional şöbələr məhsuldar fəaliyyət göstərdiklərini məruzə edirdi və kağız üzərində də bu belə idi, lakin rəqəmlərə nəzər saldıqda nəticələr yenə də ürəkaçan deyildi.
Satışların və satış şöbəsinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə planların həqiqətdə niyə yerinə yetirilmədiyini müəyyən etmək üçün şirkət tərəfindən "SecureTower" DLP sistemi işlənib hazırlandı. Sistemin tətbiqinə başladıqdan iki həftə sonra aşkar edildi ki, üç regional şöbənin əməkdaşları iş vaxtı öz şəxsi işləri ilə məşğul olur və bununla da kifayətlənməyərək işin ən qızğın vaxtında kompüterlərdə oyun oynayır. Gün ərzində onlar podrat müqavilələri üzrə minimum normanı birtəhər yerinə yetirə bilirdi. Ötürülən əlaqə məlumatlarının aşağı keyfiyyətdə olmasına baxmayaraq, onların məhsuldar işlədiyi vaxt müddəti gün ərzində iki saatı keçmirdi ki, bu da heç şübhəsiz, gəlirin artırılması imkanlarını əhəmiyyətli dərəcədə azaldırdı.
"SecureTower" DLP sistemi vasitəsilə toplanmış “verilənlər”ə əsasən aparılan xidməti araşdırmadan sonra regional bölmələrin strukturları təkmilləşdirilmiş, menecerlər və onların rəhbərləri işdən azad edilmişdir. Restrukturizasiyadan və yeni əməkdaşların işə götürülməsindən sonra göstəricilər yüksəlməyə başlamış, illik plan yerinə yetirilmişdir.
İnsidentin həllində istifadə olunmuş modullar: