"SecureTower" sisteminin funksiyaları

Korporativ informasiya üzərində tam nəzarət maksimum sayda kommunikasiya kanallarının və verilənlərin ötürüldüyü protokolların monitorinqi sayəsində təmin edilir.
Elektron poçt

“SecureTower” MAPI, POP3, SMTP, IMAP, HTTP + protokolları ilə, eləcə də “Gmail”, “Mail.ru”, “Яндекс.Почта” kimi xarici poçt xidmətləri ilə ötürülən bütün məktubları yoxlayır. Sistem göndərilən mətnlərdə, fayllarda və ya təsvirlərdə məxfi informasiyanın olub-olmadığını avtomatik analiz edir. Həmçinin “SecureTowern” göndərilən məktublarda mətnin məzmununu və əlavələri analiz edərək göndərişi bloklaya bilər. Göndərilən məktubun ələ keçirilməsi və bloklanması MAPI, SMTP protokollarında mümkündür. Bu, HTTP protokolu ilə göndərilən veb poçtunda da mümkündür. Sistem “Microsoft Exchange Server”, “Lotus Notes”, “Postfix”, “Sendmail” və s. kimi poçt serverləri vasitəsilə ötürülən məktubların təhlükəsizlik siyasətinə cavab verib-vermədiyini yoxlayır.

Ani məlumat mübadiləsi proqramları

“SecureTower” populyar ani məlumat mübadiləsi proqramlarının əksəriyyətinə nəzarət etməyə imkan verir: “Skype”, “Viber”, “Telegram”, “WhatsApp”, “Zoom”, “Bitrix24”, “Cisco jabber”, “Slack”, “Discord”, “MS Teams”, “Hangouts”, “MS Lync” (proqramların masaüstü kompüter üçün olan və veb versiyalarına nəzarət edilir). Sistem göndərilən mətnlərdə, fayllarda və ya təsvirlərdə, səsli mesajlarda və zənglərdə* məxfi informasiyanın olub-olmadığını avtomatik analiz edir.

*Səsli mesajların və zənglərin ələ keçirilməsi bəzi ani məlumat mübadiləsi proqramlarında aparılmır.

Sosial şəbəkələr

“SecureTower” müasir sosial şəbəkələrə nəzarət edə bilir: “Вконтакте”, “Facebook”, “Twitter”, “LinkedIn”, “Instagram”, “Одноклассники” və s. Sistem göndərilən mətnlərdə, fayllarda və ya təsvirlərdə, səsli mesajlarda və zənglərdə* məxfi informasiyanın olub-olmadığını avtomatik analiz edir. Həmçinin DLP sistemi əməkdaşların bloqlarda, onlayn söhbətləşmə platformalarında, forumlarda və s. saytlarda söhbətlərini nəzarət altında saxlayır.

*Səsli mesajların və zənglərin ələ keçirilməsi bəzi sosial şəbəkələrdə aparılmır.

Vebdəki aktivlik

SecureTower” əməkdaşın gün ərzində brauzerdəki aktivliyinin tam mənzərəsini yarada bilir. Sistem işçinin hansı saytları ziyarət etdiyini, həmin saytlarda nə qədər aktiv vaxt keçirdiyini, orada hər hansı bir mesaj ya da fayl buraxıb-buraxmadığını yadda saxlayır və analiz edir.

Bulud saxlanc sistemləri

SecureTower” istifadəçinin brauzer vasitəsilə İnternetə yüklədiyi bütün faylları izləyir. Sistem bütün bulud saxlanc sistemlərini yoxlaya bilir: “Dropbox”, “OneDrive и Яндекс.Диск”, “Goolge Drive”, “Icloud”, “Mail.Ru” və s. (saxlanc sistemlərinin masaüstü kompüter üçün olan və veb versiyalarına nəzarət edilir).

Şəbəkədəki saxlanc sistemləri

SecureTower” şəbəkə resurslarında fayllarla aparılan əməliyyatlara dair məlumatları analiz edir, yazılan (köçürülən) faylları ələ keçirir, şəbəkə resurslarına çıxışa nəzarət edir. Sistem ancaq vacib fayllarla əməliyyatlar aparılsın və qalan təsərrüfat prosesləri əngəllənməsin deyə istisnaları lazımi qaydada kökləməyə/təyin etməyə imkan verir.

İP-telefoniya

SecureTower” SIP protokolu ilə reallaşdırılan bütün telefoniyaya nəzarət edir. Sistem edilən və qəbul olunan bütün zəngləri ələ keçirərək analiz edir ki, bu da əməkdaşların müştərilərlə apardığı işinin keyfiyyətini qiymətləndirməyə imkan verir. Nitqin tanınması funksiyasından istifadə etməklə əməkdaşların zənglərinin yoxlanması prosesini avtomatlaşdırmaq olar. Bu zaman ələ keçirilən danışıqlar mətn formatına çevrilir və açar sözlər aşkar edildikdə informasiya təhlükəsizliyi üzrə məsul əməkdaşa xəbərdarlıq bildirişi göndərilir.

Şəbəkə parametrləri və lokal parametrləri

SecureTower” şəbəkə printerlərində, lokal və virtual printerlərdə çap prosesinə nəzarət edir. Çap edilən informasiyanın ələ keçirilməsinə və analizinə əlavə olaraq mətnin məzmununa, sənədin adına görə, habelə bütün bu şərtlərdən başqa digər şərtləri də ehtiva edən şərtlər paketi tətbiq edərək çapı bloklamaq olar.

USB cihazları

SecureTower” USB cihazlarının qoşulmasına və onlara ötürülən fayllara nəzarət edir. Sistem avtomatik olaraq göndərilən sənədlərdə məxfi informasiyanın mövcudluğunu yoxlayır və mətnin məzmunu əsasında, habelə bütün bu şərtlərdən başqa digər şərtləri də ehtiva edən şərtlər paketi tətbiq edərək onların surətinin çıxarılmasını və verilənlərin daxil edilməsini bloklaya bilir. Bundan başqa, “SecureTower” işçi stansiyaya qoşulmuş cihazları izləyir və onlara çıxışı bloklaya bilər.

Mübadilə buferi

SecureTower” informasiyanın mübadilə buferinə yazılmasına və mübadilə buferindən qəbul olunmasına (yapışdırılmasına) nəzarət edir. Bu zaman ələ keçirilə bilər: mətnlər, təsvirlər (o cümlədən, müvafiq vasitələrlə çəkilmiş ekran skrinşotları), eləcə də fayllar və onların kölgə nüsxələri Bununla belə, buferin içindəkilərin ələ keçirilməsindən başqa mətnin məzmunu əsasında, habelə bütün bu şərtlərdən başqa digər şərtləri də ehtiva edən şərtlər paketi tətbiq edərək onların surətinin çıxarılmasını və verilənlərin daxil edilməsini bloklayan funksiya da mövcuddur.

Heç bir məhdudiyyət olmadan sınaqdan keçirərək yoxlamaq üçün "SecureTower"

DLP sistemindən 30 gün ərzində pulsuz istifadə edin.
Yoxlayın