“SecureTower” böyük həcmli və dinamik, mütəmadi yenilənən informasiya ilə işləmək üçün optimallaşdırılmışdır. Baza yeniləndikdə bütün informasiyanın indeksləşdirilməsinə əlavə vaxt və resurs sərf etmədən ancaq yeni “verilənlər” indeksləşdirilir. Bu, müştərilərə və abunəçilərə aid nəhəng “verilənlər” bazası işlədən iri şirkətlər üçün xüsusilə aktual məsələdir. Standart olaraq “verilənlər” bazasındakı informasiya 30 dəqiqədən bir yenilənir. Bu müddət dəyişdirilə bilər.
İnformasiya formatlandırılaraq ancaq administratorların giriş səlahiyyəti olduğu verilənlər bazasında saxlanılır. Standart olaraq girişdə yoxlama loqin (istifadəçi adı) və parol əsasında aparılır. Lazım gələrsə, bazaya giriş icazəsi olan İP adresinin tələb olunması da nəzərdə tutula bilər.
Bəli, olacaq. Lisenziyanın müddəti başa çatdıqdan sonra “verilənlər”in ələ keçirilməsi və analizi dayandırılsa da, müştəri konsolundan artıq ələ keçirilmiş informasiya çıxış imkanı ləğv olmayacaq.
Diskin tələb olunan tutumunu hesablayarkən hər istifadəçi üzrə bir ayda yığılan verilənlərin həcminin 1,5 Qb olduğu əsas götürülür. Məsələn: 1,5 Qb x 100 istifadəçi x 6 ay = 900 Qb 100 istifadəçidən 6 ay ərzində ələ keçirilən “verilənlər”in saxlana bilməsi üçün sərt diskdə məhz bu qədər boş yer olmalıdır. “Verilənlər” bazasının saxlanması üçün sərt diskin tələb olunan ümumi tutumu hər bir şirkətin spesifikasından asılı olaraq dəyişir.
"SecureTower" sisteminin komponentləri ancaq "Microsoft Windows" ailəsinə aid əməliyyat sistemlərində qurula bilər. Bu, sadəcə server komponentlərinə deyil, həm də “verilənlər”in nəzarət altında saxlanması və analizi üçün nəzərdə tutulan agent proqramlara aiddir. Gələcəkdə "SecureTower" sisteminin Linux/Mac OS əməliyyat sistemləri üçün ayrı-ayrı komponentlərinin işlənib hazırlanması istisna olunmur. Bununla belə, mərkəzləşdirilmiş üsuldan istifadə etdikdə, yəni cihazlardan gələn trafiki güzgüləmə yolu ilə kommutatorun xüsusi span-portuna yönəldildikdə, oradan isə "SecureTower" sisteminin serverinə daxil olduqda "Windows" əməliyyat sistemindən fərqli sistemlərin idarə etdiyi cihazlardan gələn informasiya ələ keçirilə bilər. Belə olan halda ancaq şifrlənməmiş trafikə nəzarət edilir.
"SecureTower" sisteminin agentləri əməkdaşların kompüterlərinin məhsuldarlığına və sürətinə ciddi təsir göstərmir və onların öz vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmur. Agent proqramın ölçüsü 15-20 meqabayt təşkil edir.
“SecureTower” şəbəkəyə demək olar ki, təsir etmir və şəbəkədən istifadə edən digər tətbiqlərin işinə mane olmur. Bütün ələ keçirilən “verilənlər” kiçik həcmlərdə və müəyyən intervallarla serverlərə daxil olur ki, bu da şəbəkənin yükünün bərabər paylanmasını təmin edir. Buraxıcılıq qabiliyyəti kiçik olan kanallarda agentlər tərəfindən ələ keçirilmiş “verilənlər”in serverə ötürülmə sürətinin məhdudlaşdırılması nəzərdə tutulur.
“SecureTower” həm çox vaxt iri şirkətlərin istifadə etdiyi, ödənişli MS SQL Server və Oracle bazalarını, həm də orta və kiçik təsərrüfat subyektləri üçün münasib olan növbəti ödənişsiz PostgreSQL, MySQL və SQLite bazalarını dəstəkləyir. Porqrama SQLite sistemini dəstəkləyən modul da inteqrasiya edilmişdir. O, kənar “verilənlər” bazalarını daxil etmədən "SecureTower" sistemini qısa müddət ərzində sınaqdan keçirməyə imkan verir.
Bəli. "SecureTower" sistemində ələ keçirilmiş informasiyanın indeksləşdirilmə parametrlərini kökləyərkən vaxtaşırı verilənlər bazasının təmizlənməsini təyin etmək olar. İnformasiyanın saxlanması üçün standart olaraq 30 gün nəzərdə tutulur, yəni müddəti 30 günü keçmiş “verilənlər” avtomatik silinir.
Proqramın unikal alətlər paketi mövcud bazalardan gələn informasiya axınlarında konkret “verilənlər”i izləməyə imkan verir. Məsələn, sistemi elə kökləmək olar ki, "ad-vəzifə-elektron poçt ünvanı" kombinasiyasının göndərilməsinə cavab olaraq işə düşsün. Belə olan halda təhlükəni xəbər verən sistem ancaq həmin kombinasiyaya cavab olaraq aktivləşir və ancaq addan ibarət “verilənlər”i nəzərə almır ki, bu da səhvən aktivləşmə hallarının sayını minimuma endirir. "SecureTower" sistemində “verilənlər” bazalarına aid rəqəmsal iz texnologiyası ayrı-ayrı şirkətlərin fəaliyyətinin spesifik cəhətlərinə uyğunlaşdırılmışdır və hər hansı bir təşkilatın konkret ehtiyaclarına cavab verəcək qaydada köklənə bilər.
Bəli. "SecureTower" Active Directory (AD) ilə tam sinxronlaşır və növbəti funksiyalardan istifadə etməyə imkan verir:
Xeyir, belə inteqrasiya məcburi deyil. Active Directory kataloqunun mövcudluğu sadəcə olaraq əlavə imkanlar yaradır və istifadəçi kartoçkalarının yaradılması kimi bəzi prosesləri avtomatlaşdırmağa imkan verir. AD ilə avtomatlaşdırma mümkün olsa da, şəbəkələrdə və işçi qrupda bunu ancaq əllə etmək olar.
"SecureTower" sisteminin köməyi ilə HTTP, HTTPS və SMTP (25, 80, 443, 8080) protokollarında istifadə olunan portları bloklamaq olar. Portların daha geniş diapazonunu bloklamaq lazım gələrsə, " Windows" brandmauzerinin standart funksiyalarından və ya kənar qurumların işləyib hazırladığı həllərdən istifadə etmək olar.
"SecureTower" sistemi Microsoft Lync, SIP, Skype, Viber proqramları vasitəsilə edilən səsli zənglərin analizini aparmağa imkan verir. Səsli zəngləri ələ keçirən sistem onları mətnə çevirir. Sonra həmin mətnlərə təhlükəsizlik qaydaları tətbiq oluna, onlarla bağlı axtarış aparıla bilər. “SecureTower” nitqin tanınması üçün özünün standart, ödənişsiz funksiyasından istifadə edir. Ancaq istəsəniz bu məqsədlə ödənişli həllərdən də istifadə edə bilərsiniz. Digər funksional imkanlarına əlavə olaraq sistem özünün standart həlləri ilə (bu zaman “verilənlər” təşkilatı tərk etmir, ancaq təşkilatın öz hesablama resurslarından istifadə olunur) bulud həlləri (“verilənlər” təşkilatı tərk edir, ancaq mətnin tanınması üçün təşkilatın öz resurslarından istifadə olunmur) arasında seçim etmək imkanı verir.
Bəli. "SecureTower" sistemində İP-telefoniya proqramlarında SIP protokolu ilə ötürülən mətnlərə və səsli mesajlara nəzarət funksiyası nəzərdə tutulur.
Skype, SIP-telefoniya,Viber və MS Lync ilə edilən bütün ələ keçirilmiş zənglər mp3 formatında saxlanılır. Audiofaylın sıxılma keyfiyyətini ancaq SIP-telefoniya zənglərində kökləmək mümkündür.
Bəli. Bu zaman “SecureTower” serverin bütün istifadəçilərini eyniləşdirə (identifikasiya) bilir.