“SecureTower” həm modullar üzrə, həm də nəzarət edilən istifadəçilərin sayına uyğun olaraq lisenziyalaşdırıla bilər. Ən geniş əhatəli lisenziya bütün rabitə kanalları və protokollar üzrə 25 istifadəçiyə aid verilənlərin ələ keçirilməsi imkanını təmin edir. “SecureTower” sistemini satın alarkən lisenziya üzrə nəzarət edilən protokolların və istifadəçilərin sayını sərbəst şəkildə özünüz müəyyən edə bilərsiniz.
Açar nəzarət edilən protokolların və istifadəçilərin sayını müəyyən edən lisenziyanın inteqrasiya edildiyi USB cihazından ibarətdir. Açar müştəriyə bir neçə üsulla təqdim edilə bilər: şəxsən görüşərək və ya çatdırılmasına zəmanət verilən poçt xidməti vasitəsilə.
Bu, "SecureTower" sisteminin tam funksional nümayiş (demo) variantıdır. Bütün arzu edən şirkətlərə verilə bilər. Bu zaman onun istifadə müddəti, nəzarət ediləcək işçi stansiyaların sayı hər şirkətlə fərdi qaydada razılaşdırılır.
"SecureTower" sisteminin sınaq versiyasının (25 stansiya) qurulması üçün növbəti sistem tələblərinə cavab verən kompüter, server və ya virtual maşın tələb olunur:
Prosessor: 2.2 QHs və ya daha güclü (4 və ya daha çox nüvəli).
Şəbəkə adapteri: 1 Qbit (mərkəzləşdirilmiş ələ keçirmə tətbiq edilirsə 2 adapter).
Əməli yaddaş: 6 Qb və ya daha böyük.
Sərt disk: hər istifadəçidən bir ayda ələ keçirilən verilənlərin həcminin 1,5 Qb olduğu əsas götürülərək müəyyən edilir. Məsələn: 1,5 Qb x 25 istifadəçi x 1 ay = 37,5 Qb 25 istifadəçidən bir ay ərzində ələ keçirilən verilənlərin saxlana bilməsi üçün sərt diskdə məhz bu qədər boş yer olmalıdır.