Pulsuz cəhd edin

Ümumi xarakterli suallar

Ümumi xarakterli suallar

  • “SecureTower” nədir?

    “SecureTower” korporativ verilənlərin sızdırılmasının qarşısını almağa imkan verən və personal üzvlərinin fəaliyyətinin effektivliyini analiz etmək üçün lazımi vasitələrin tam spektrini özündə birləşdirən proqram məhsuludur. “SecureTower” məxfi informasiyanın mühafizəsinin təmin olunmasına kompleks yanaşma tərzinin reallaşdırılmasına imkan yaradır. O, imic, əməliyyat riskləri və hətta hüquqi riskləri idarə edən güclü sistemdir. Bu xüsusiyyətlər şirkətdə təsərrüfat proseslərini optimallaşdırmağa və şirkətin həm iqtisadi, həm də informasiya təhlükəsizliyini təmin etməyə imkan verir.

  • "SecureTower" proqram məhsuludur yoxsa aparat təminatı?

    “SecureTower”, xüsusi olaraq ayrılmış serverə və ya "Windows" əməliyyat sistemi ilə idarə olunan virtual maşına qurula bilən, tamamilə proqram təminatından ibarət məhsuldur. Qeyd etmək lazımdır ki, proqramda “verilənlər”in bir neçə üsulla ələ keçirilməsi nəzərdə tutulur. Bu məqsədlər mərkəzləşdirilmiş üsuldan istifadə etdikdə şəbəkədə trafiki ayrıca porta güzgüləməyə imkan verən kommutator olmalıdır. Ələ keçirmə prosesi agent proqramlar vasitəsilə, jurnallaşdırma yeşiyindən və ya ICAP dəstəkli proksi-serverdən həyata keçirilirsə, buna ehtiyac yoxdur.

  • "SecureTower" sisteminə aid məsələlərlə bağlı kömək üçün kimə müraciət edə bilərəm?

    Kömək üçün +375 (17) 311-10-14 nömrəsinə zəng edərək satış şöbəsinə və ya artıq əməkdaşlıq etdiyiniz menecerə, eləcə də +375 (17) 311-10-14 nömrəsinə zəng edərək "Falkonqeyz" şirkətinin texniki dəstək xidmətinə müraciət edə bilərsiniz. Bundan başqa, ümumi xarakterli suallarınızı contact@falcongaze.ru e-poçt ünvanına göndərə bilərsiniz. Texniki dəstək xidməti ilə support@falcongaze.ru, satış şöbəsi ilə sales@falcongaze.ru e-poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Sualınıza cavab tapa bilmirsiniz?
Onu peşəkarlara verin!

Bütün suallarınıza məmnuniyyətlə cavab verməyə hazırıq. Sualınızı və ya şərhinizi göndərmək üçün aşağıda verilən formanı doldurun.

Sual ver