Şirkətin daxil olan lidlərinin rəqiblərə ötürülməsi

Tanınmış CRM sisteminin (CRM – müştərilərlə münasibətlərin idarə olunması) satışı ilə məşğul olan br şirkət lidlərin satışlara çevrilməsi üzrə göstəricilərin pisləşdiyini aşkar etmişdi.

Problemin məğzi ondan ibarət idi ki, "qaynar" müştərilər sistematik olaraq sistemin satışından imtina edirdi. Sonra isə məlum oldu ki, həmin müştəri şirkətlər analoji sistemləri qaimələrdə nisbətən ucuz məbləğ göstərən rəqiblərdən satın alır. Daxili araşdırma başladıldı, ancaq o, bir nəticə vermədi. Şirkət lidlərə dair verilənlərin sızmasının səbəblərini müəyyən etmək üçün "SecureTower" DLP sistemini əldə etmişdir.

Qurulduqdan dərhal sonra sistem menecerlərin, o cümlədən uzaqdan işləyən işçilərin kompüter arxasında bütün hərəkətlərinə nəzarət etməyə başladı. "SecureTower" DLP sistemi ötürülən faylları, göndərilən və qəbul edilən məktubları, işə salınan proqramları və digər əməliyyatları analiz edirdi. Bir həftə sonra sistem satış şöbəsinin bir menecerinin qəribə davrandığını müəyyən etdi: o, hər dəfə şirkətin daxili proqram təminatı ilə işlədikdən sonra qeydə alınmamış bir tərəfə məktublar göndərirdi. "SecureTower" vasitəsilə təhlükəsizlik xidmətinin əməkdaşı həmin məktubların məzmununu analiz edərək daxil olan lidlərin siyahısının üçüncü şəxsə göndərildiyini aşkar etdi.
Menecer işdən azad edildi, insayder fəaliyyəti üzrə iş isə baxılması üçün məhkəməyə verildi.

Sonra təhlükəsizlik xidmətinin əməkdaşı "qrafik analizator" alətinin köməyi ilə həmin qeydiyyata alınmamış tərəfin şirkətin daxilindəki bütün təmaslarını analizini apardı. Nəticədə həmin qeydiyyata alınmamış üçüncü şəxsin satış şöbəsinin bir neçə meneceri ilə də ünsiyyətdə olduğu aşkar edildi. Bu menecerlərin də şirkətin daxil olan lidlərinə dair məlumatları sızdırdığı ifşa olundu.

 

İnsidentin həllində istifadə olunmuş modullar

Desktop Activity
E-poçt
Ani məlumat mübadiləsi proqramları
Grafik analizator

"SecureTower" DLP sistemi ilə yaxından tanış olun 

Heç bir məhdudiyyət olmadan sınaqdan keçirərək yoxlamaq üçün "SecureTower"

DLP sistemindən 30 gün ərzində pulsuz istifadə edin.