Əməkdaşın bütün hərəkətlərində, kommunikasiyalarında, faylları yükləməsində təhlükəsizlik qaydalarının pozulub-pozulmadığı, risk səviyyəsinin yüksəlib-yüksəlmədiyi analiz edilir.
Standart təhlükəsizlik qaydaları sistemə artıq inteqrasiya edilmiş olur. Bununla belə, şirkət, lazım gələrsə, özünün təsərrüfat fəaliyyətinin istənilən məqsədinə uyğun qaydalar müəyyən edə bilər.
Pozuntu aşkar edildiyi təqdirdə sistem rəhbər kadra və ya təhlükəsizlik xidmətinə xəbərdarlıq bildirişi göndərir.
Təhlükəsizlik xidmətinin əməkdaşları və struktur bölmələrinin rəhbərləri üçün təhlükəsizlik insidentləri və əməkdaşların gündəlik işi haqqında hesabatlar yaradıla bilər. Həmçinin sistem müəyyən qrafikə uyğun olaraq hesabatların avtomatik yaradılmasına və elektron poçta göndərilməsinə köklənə bilər.
Sistemi hesabatları müəyyən qrafikə uyğun olaraq elektron poçta göndərəcək qaydada kökləmək olar.
Personal üzvləri arasındakı qarşılıqlı əlaqələri aşkara çıxarmaq üçün “SecureTower” özündə hər bir əməkdaş üçün onun digər insanlarla kommunikasiyasının göstərildiyi profil ehtiva edən qrafik analizatordan istifadə edir.
Profilə daxil edilir: elektron poçt ünvanları, ani məlumat mübadiləsi proqramlarındakı adlar (niklər), sosial şəbəkələrdəki və digər saytlardakı hesablar.
Şirkətdən kənardakı qərəzli şəxslərin aşkara çıxarılması üçün “SecureTower” bütün xarici abunəçilərin ünvanlarını yadda saxlayır.
+Ortaq xarici təmasların (təmas edilən tərəflərin) tapılması üçün əməkdaşların qrupları arasındakı əlaqələrin axtarışı funksiyası əlavə edilmişdir. Bunun sayəsində pis niyyətli xarici təmasları (məsələn, əməkdaşı cəlb etməyə işəgötürən) operativ şəkildə aşkar etmək mümkündür.
"SecureTower" sistemində pozuntular növbəti üsullarla effektiv şəkildə araşdırılma bilər:
Kompüterə qoşulmaq;
Ekranı izləmək;
Mikrofondan və ya digər müvafiq qarniturdan səsləri yazmaq;
Veb-kameradan videonu yazmaq.
Bundan başqa, sistemi yazılışın/çəkilişin konkret hadisə baş verdikdə və ya konkret vaxtda aparılmasına kökləmək olar.