Əməkdaşların davranış modellərini formalaşdırır və onlara müvafiq risk səviyyəsini təyin edir.
DLP sisteminin qurulmasından etibarən müvafiq verilənləri toplayır və retrospektiv analizlərin aparılmasına imkan verir.
Təhlükəsizlik şöbəsinin mütəxəssislərini riskin səviyyəsi və təhlükəsizlik siyasətləri üzrə şirkət üçün real təhlükə mənbəyi olan insidentlər barədə məlumatlandırır.
Statistik hesabatlar və yüksək səviyyəli vizualizasiya əməkdaşların davranışındakı dəyişiklikləri operativ şəkildə əks etdirir.
İnsidentləri kritiklik dərəcəsinə görə fərqləndirir və diqqəti ilk növbədə onların ən vaciblərinə yönəltməyə imkan verir.