Kompüterlə işləyən əməkdaşın davranışının analizi (UBA)
"İstifadəçi davranışının analizi" modulu (User Behavior Analytics, UBA) kompüterlə işləyən əməkdaşların fəaliyyətinin müxtəlif parametrlər üzrə analizini apararaq informasiya təhlükəsizliyi ilə bağlı riskləri və əməyin məhsuldarlığının azalması hallarını operativ şəkildə aşkar edir. "SecureTower" DLP sistemi təhlükənin səviyyəsini avtomatik müəyyən edir, insidentə reaksiya göstərir və müvafiq xəbərdarlıq bildirişini göndərir.