Pulsuz cəhd edin

Telekommunikasiya

Telekommunikasiya şirkətlərində informasiya təhlükəsizliyinin təmin edilməsi zəruri olmaqla yanaşı, kifayət qədər çətindir. Operatorlar və xidmət provayderləri müştərilərlə bağlı digər tip məlumatlarla yanaşı həm fərdi, həm də maliyyə xarakterli, son dərəcə həssas informasiya ehtiva edən geniş, mütəmadi olaraq yenilənən verilənlər bazalarından istifadə edir.

Telekommunikasiya şirkətlərində müştərilərə aid informasiya ilə işləyən çox sayda mütəxəssisin olması informasiyanın sızdırılması ehtimalını artırır. "SecureTower" sistemi belə verilənlərin mühafizəsini təmin etmək üçün korporativ şəbəkələrdə personalın və sənəd dövriyyəsinin nəzarət altında saxlanması üçün bütün zəruri vasitələri özündə birləşdirir.

"SecureTower" proqram kompleksi əməkdaşların həm qəsdli, həm də bilmədən etdiyi hərəkətlər nəticəsində “verilənlər”in sızdırılmasına nəzarət etməyə imkan verir. Bundan başqa, sistem böyük həcmdə informasiya ilə işləməyə uyğunlaşdırılmışdır. Ancaq onun işi kompüterlərin məhsuldarlığına ciddi təsir göstərmir və demək olar ki, istifadəçi heç onun işlədiyinin fərqində olmur.

Telekommunikasiya şirkətlərində informasiya təhlükəsizliyi üzrə fəaliyyəti çətinləşdirən bir amil də onların müxtəlif zonalarda, çox vaxt isə uzaq rayon və şəhərlərdə çox sayda nümayəndələrinin mövcud olmasıdır. Belə hallarda "SecureTower" kimi ərazilər üzrə paylanmış şəbəkələrdə lazımi qaydada işləyə biləcək DLP sistemləri tələb olunur.

Sualınıza cavab tapa bilmirsiniz?
Onu peşəkarlara verin!

Bütün suallarınıza məmnuniyyətlə cavab verməyə hazırıq. Sualınızı və ya şərhinizi göndərmək üçün aşağıda verilən formanı doldurun.

Sual ver