Pulsuz cəhd edin

Yüksək texnologiyalar

Texniki tərəqqinin önündə gedən yüksək texnologiya şirkətləri informasiyanın mühafizəsinə aid məsələlərə lazımi diqqəti göstərmir. Halbuki, bu sahədəki şiddətli rəqabəti nəzərə alsaq, informasiyanın hətta kiçik həcminin sızdırılması imic və maliyyə itkilərinə gətirib çıxara, hətta şirkətlərin mövcudluğuna son qoya bilər.

Yüksək texnologiyalar sahəsində həllər işləyib hazırlayan şirkətlərin maliyyə göstəriciləri "klassik" sektorlara aid şirkətlərinkiləri çoxdan ötüb keçmişdir. Ancaq bu irəliləyiş özü ilə böyük risklər də gətirmişdir. Bu cür sürətli inkişafın getdiyi, burulğanlı bazarda şirkətlərin öz varlığını davam etdirməsinə ancaq informasiya mühafizəsi üzrə yaxşı düşünülmüş və inteqrasiya edilmiş sistemlər kömək edə bilər.

Fərdi məlumatların toplanması və emalı ilə məşğul olan şirkətlər (başqa sözlə, yüksək texnologiya şirkətlərinin əksəriyyəti) mütləq icbari sertifikatlaşmadan keçməlidir. Həmin sertifikatlaşma çərçivəsində isə tənzimləyici orqana təhlükəsizliyin təmini üçün bütün zəruri tədbirlər kompleksinin həyata keçirildiyinin, eləcə də "SecureTower" kimi həllərin tətbiq edildiyinin sübutu təqdim olunmalıdır.

Bundan başqa, yüksək texnologiya şirkətləri çox vaxt istifadəçilərə aid olan və özündə həm maliyyə, həm də fərdi xarakterli informasiya ehtiva edən böyük həcmli verilənlər massivi ilə işləyir. Belə informasiyanın sızdırılması istifadəçi sədaqətinə son dərəcə mənfi təsir göstərməklə yanaşı şirkətə qarşı çox sayda iddianın qaldırılması və məhkəmə çəkişmələri ilə nəticələnə bilər.

Sualınıza cavab tapa bilmirsiniz?
Onu peşəkarlara verin!

Bütün suallarınıza məmnuniyyətlə cavab verməyə hazırıq. Sualınızı və ya şərhinizi göndərmək üçün aşağıda verilən formanı doldurun.

Sual ver