Dövlət sektorunda fəaliyyət göstərən təşkilatlar informasiya təhlükəsizliyi ilə bağlı tədbir görmək zərurəti ilə getdikcə daha çox üzləşir. Bu, ilk növbədə qanunvericilik təşəbbüsləri və elektron sənəd dövriyyəsinə keçidlə əlaqədardır.
Dövlət müəssisələrinin informasiya təhlükəsizliyi. Dövlət müəssisələrinin əksəriyyəti tənzimləyici orqanların tələblərinə müvafiq qaydada informasiya təhlükəsizliyinə dair təlimata əməl etməlidir. "SecureTower" bu tələblərin əksəriyyətini yerinə yetirməyə imkan verir. Kommersiya və dövlət sirri rejiminin təminin icbari komponentlərindən biri də bu sistemin tətbiq olunmasıdır.
Elektron sənəd dövriyyəsinin inkişafı öz növbəsində rəqəmsal rabitə kanalları vasitəsilə verilənlərin məxfiliyinin pozulması ehtimalını artırır. Məmurlar və dövlət qulluqçuları öz işlərində informasiyanın sızdırılma ehtimalının olduğu elektron poçt xidmətindən, ani məlumat mübadiləsi proqramlarından və digər kommunikasiya kanallarından getdikcə daha çox istifadə edir "SecureTower" sənədlərin demək olar ki, bütün mövcud informasiya axınları vasitəsilə reallaşdırılan dövriyyəsi üzərində tam nəzarəti təmin edir.
Son dövrlərə aid qanunvericilik təşəbbüslərində dövlət müəssisələrində verilənlərin hərtərəfli mühafizəsinin zərurətinə işarət edir. Digər tərəfdən FSB, FSTEK və Roskomnadzor kimi qurumlar bu göstərişlərə əməl olunmasını təmin etmək üçün müntəzəm olaraq yoxlamalar aparır. "SecureTower" sisteminin müəlliflərində olan lisenziya və FSTEK sertifikatları onun tətbiqinə və belə yoxlamalardan müvəffəqiyyətlə keçməsinə imkan verir.