Təhsil sahəsinin rəqəmsallaşdırılması hazırda sürətli templə davam edir. Artıq özəl müəssisələrin deyil, hətta dövlətin təhsil müəssisələrinin belə kompüter cihazları ilə tam təchiz edilmədən necə fəaliyyət göstərə biləcəyini təsəvvür etmək çətindir. Tələbələr və şagirdlər üçün yüksək səviyyəli tədrisin və əlverişli təhsil mühitinin işlək informasiya təhlükəsizliyi sistemi olmadan təmin edilməsi qeyri-mümkündür.
Təhsil sahəsində informasiya təhlükəsizliyi. Tələbə və şagirdlərin kompüter savadının yüksək olması, bəzən isə müəllim heyətininkindən yüksək olması təhsil müəssisələrinin kompüter şəbəkələrinin nəinki xarici təhlükələrə, həm də birinci növbədə daxili mənbələrin müdaxilələrinə qarşı mühafizəsini zərurətə çevirir. Bu, tələbə və şagirdlərin arzuolunmaz saytlara girişinin məhdudlaşdırılması, təhsillə bağlı informasiyanın sızdırılmasına və digər qəbuledilməz hərəkətlərə qarşı tədbirləri əhatə edir.
"SecureTower" sistemi kompüter arxasında oturan tələbə və şagirdlərin bütün hərəkətlərini həm real vaxt rejimində, həm də retrospektivdə izləməyə imkan verir. Bundan başqa, onların davranışları barədə məlumatların toplanması, sonra analiz edilməsi təhsil prosesini daha səmərəli məcraya yönəltməyə imkan verir.
Bu sahədəki digər fəaliyyətlərindən başqa "Falkonqeyz" şirkəti informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin təhsilinin effektivliyini artırmaq məqsədi ilə bir sıra təhsil müəssisələri ilə əməkdaşlıq edir. "SecureTower" sistemindən istifadə edən gələcək ekspertlər sonradan işə götürülərkən onlara çox faydalı olacaq bacarıqlar əldə edə bilər.